Türkiyə “Türk Ocaqları” rəhbərliyi və tanınmış Media nümayəndələri ATXƏM-i ziyarət etdilər
(17 03 2012) | Baxılıb: 76 |
 
dsc09292.jpg (215.99 Kb)dsc09323.jpg (232.77 Kb)Bu gün Azərbaycanda səfərdə olan “Türk Ocaqları” İstanbul təşkilat başkanı dr.Cezmi Bayram, İstanbul Universitetinin prorektoru prof.dr. Əhməd Cavad Acar, Ocağın İdarə Heyəti üzvləri Şərafəddin Yılmaz, Əhməd İyioldu, Bəkir Çelik, KOCAV (Kültür Ocağı Vəqfi) başqanı dr. Ali Ürey, Bağcılar Bələdiyyəsinin başqan müavini Yavuz Subaşı, dos.dr.Üfiq Özcan, dos.dr.Nəsrin Sarıəhmədoğlu, dr.İsmail Türkoğlu, eləcə də tanınmış KİV təmsilçiləri – Seyfullah Türksoy, Həsən Yavaş, Əkrəm Kaftan, Özcan Ünlü, İbrahim Zahit Altay və Xeyrəddin Turan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzini (ATXƏM) ziyarət etdilər.   Ətraflı

 
  Strasburqda Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər və mitinq keçirildi
(27 02 2012) | Baxılıb: 116 |
 
dsc08425.jpg (151.9 Kb)109_view.jpg (162.54 Kb)Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı fevral ayının 23-26-da Strasburq şəhərində silsilə tədbirlər və "Xocalıya ədalət" kampaniyası çərçivəsində mitinq keçirmişdir.
Bu məqsədlə Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM-in sədri İlham İsmayılov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor mudiri Qafar Əliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Dağlıq Qarabağ Azərbaycanlıları İcması idarə heyətinin üzvü, Xocalı faciəsinin şahidi Cavid Əliyev və “Birlik” jurnalının baş redaktoru İlqar İlkin Strasburqa rəsmi səfər etmişlər. Səfərin əsas məqsədi ATXƏM və Strasburq «Azərbaycan Evi»nin 25 fevral 2011-ci ildə Strasburq şəhərində keçirəcəyi mitinqi təşkil etmək və buna hazırlıq görməkdən ibarət olmuşdur.   Ətraflı

 
  Strasburqda Xocalı soyqırımı ilə bağlı yürüş-mitinq keçiriləcək
(16 02 2012) | Baxılıb: 134 |
 
dsc07101.jpg(140.94 Kb)Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı fevralın 24-26-dək Strasburq şəhərində Fransada fəaliyyət göstərən Türk diaspor təşkilatlarının da geniş dəstəyi ilə silsilə tədbirlər keçirəcək.

“Xocalıya ədalət” kompaniyası çərçivəsində fevralın 25-də Strasburqun Kleber meydanında möhtəşəm mitinqin keçirməsi də nəzərdə tutulub.   Ətraflı

 
  İki Fransa senatoru QHT-lərin məktubuna cavab verdi
(1 02 2012) | Baxılıb: 110 |
 
İki Fransa senatoru QHT-lərin məktubuna cavab verdi


fransa_senati.jpg (90.23 Kb) Yanvarın 25-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Milli Qeyri Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə “Fransa Senatında “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qəbul olunmuş qanun layihəsinə QHT-lərin etirazı” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirin sonunda 100-dən çox QHT adından Fransa Senatına etiraz məktubu göndərilərək, qəbul edilmiş bu qanunun ədalətsiz, heç bir hüquqi çərçivəyə sığmayan, insan hüquq və azadlıqlarının pozulmasına yönəlmiş bir sənəd olduğu vurğulanmışdır. 100-dən çox QHT adından Fransa Senatına, Avropa Şurasına və Avropa Birliyi Parlamentarilərinə göndərilmiş etiraz məktubuna Fransa senatorlarından cavab məktubu gəlmişdir.   Ətraflı

 
  100-dən çox QHT Fransaya etiraz bəyanatı ünvanladı
(25 01 2012) | Baxılıb: 193 |
 
dsc09112.jpg (171.06 Kb)dsc09119.jpg (183.11 Kb)Yanvarın 23-də Fransa Senatında “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qəbul olunmuş qanun layihəsi Azərbaycanda geniş ictimayyət nümayyədələri tərəfindən etirazla qarşılanıb. Sözügedən qanun layihəsi Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının da böyük narazılığına səbəb olub.
Bu məqsədlə yanvarın 25-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Milli Qeyri Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə “Fransa Senatında “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qəbul olunmuş qanun layihəsinə QHT-lərin etirazı” mövzusunda dəyirmi masa keçirilib.   Ətraflı

 
  ATXƏM sədrinin Fransa Senatına etiraz məktubu
(19 01 2012) | Baxılıb: 140 |
 
fransa_senati.jpg (90.23 Kb)
Fransa Senatının sədri cənab Jan-Pyer Beyle


Fransa Senatında “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsininin müzakirəyə çıxarılması öz gələcəyini Avropaya inteqrasiya prossesində görən Azərbaycan ictimayyətində Avropanın aparıcı dövlətlərindən olan Fransanın tərənnüm etdiyi demokratik dəyərlərə zidd olaraq görülməkdədir.   Ətraflı

 
  Türk Dünyasının böyük evladı Rauf Denktaşı sayğıyla anıyoruz
(16 01 2012) | Baxılıb: 102 |
 
Türk Dünyasının böyük evladı Rauf Denktaşı sayğıyla anıyoruz


rauf_denktash.jpg (35.36 Kb)Kuzey Kibris Türk Cumhuriyetinin kurucusu, Turk Dunyasının sayğıdeyer liderlerinden olan böyuk dövlet ve fikir adamı sayın Rauf Denktaşın vefatından dolayı böyük özünti içindeyiz.
Bu böyuk itgiden dolayı kardaş Kuzey Kıprıs Türk Cumhuriyetine ve bütün Turk Dunyasina derin hüzünle başsaglıgı verir, Ulu Tanrıdan sayın Cümhurbaşkanımıza rehmet dileriz.


Sayğılarla,

İlham İsmayılov,

ATXƏM-in sədri


  Ətraflı

 
  İLLİK HESABAT
(16 01 2012) | Baxılıb: 137 |
 

image001a.jpg (25.24 Kb)

Azərbaycanlıların və digər Türkdilli Xalqların

Əməkdaşlıq Mərkəzinin (ATXƏM) 2011-ci ildə həyata keçirdiyi layihələr

İLLİK HESABAT
  Ətraflı

 
  [1] 2 3 ... 17 18 19  sonra »
© 2008 © Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi